Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Rayon sakini məktəblərdəki vəziyyəti tənqid etdiyi üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA
Lənkəran rayon sakininin müsahibə verdiyi üçün polis bölməsinə çağırılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
İddia olunur ki, o, TV-lərdən birinə məktəblərdə bərbad vəziyyətlə bağlı tənqidi açıqlama verdiyi üçün polis idarəsində saxlanılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirib ki, bu iddia uydurmadır və heç bir əsası yoxdur:
“Lənkəran rayonunun Göyşaban kənd sakini Daşqın Əsədovun yaşadığı evin həyətində qanunsuz ət kəsimi ilə məşğul olması və bu zaman sanitariya qaydalarının kəskin şəkildə pozulması ilə bağlı Daxili işlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə müraciət daxil olub.
Müraciətlə bağlı polis əməkdaşları həmin ünvanda olub və fakt təsdiqini tapıb. Amma D.Əsədov səs-küy salıb, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb”.
“O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta törətdiyi üçün onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib”, - deyə məlumatda qeyd edilib.
İlhamə Əbülfət
"DİN" teqi üzrə xəbərlər
- DİN rəsmisi: "Tikilən binalarda parklanma yerləri nəzərə alınmır"
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
Rəylər