Gələn həftədən vaksinasiya başlayacaq.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
Ş.Möhsümovun sözlərinə görə, vaksinasiyaya yanvarın 18-dən start verilir.
O bildirib ki, vaksinasiya ilk olaraq tibb müəssisələrində çalışanlar üçün aparılacaq:
“Fevralın 1-dən isə 65 yaşdan yuxarı olan şəxslərin vaksinasiyasına başlanılacaq”.
Könül Cəfərli
Rəylər