21 
Mar
2021
16:10
657
57
2382
Virtual karabakh

“Haber Global”: “Azərbaycan xalqı 28 illik aradan sonra Qarabağda Novruz bayramını qeyd etdi” - VİDEO

21 Mar, 2021
16:10
2382

“Haber Global”: “Azərbaycan xalqı 28 illik aradan sonra Qarabağda Novruz bayramını qeyd etdi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin builki Novruz tonqalını məhz işğaldan azad edilmiş Şuşada alovlandırmasını diqqqət mərkəzində saxlayır.

Bununla bağlı bir sıra nüfuzlu KİV öz efirində süjetlər yayımlayıb, saytlarında xəbərlər və sosial şəbəkə hesablarında məlumatlar paylaşıb.

Türkiyənin “Haber Global” media şirkəti də Azərbaycan Prezidentinin ailəsilə birlikdə Şuşada Novruz bayramını qeyd etməsi ilə bağlı süjet hazırlayıb.

Süjetdə bildirilir ki, 28 illik fasilədən sonra Azərbaycan xalqı işğaldan azad edilmiş Qarabağ torpaqlarında da baharın gəlişini qarşılayıb. Videomaterialda ölkə prezidenti İlham Əliyevin Şuşadakı Cıdır düzündən xalqa bayram müraciəti etməsi qeyd olunub.

Telekanal yaxın zamanlarda Ağdamın baş planının hazır olacağını da izləyicilərinin diqqətinə çatdırıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri