Apr
2021
12:12
60
15
1426
Virtual karabakh

Qanunvericiliyin tələblərini pozan işəgötürənlərin sayı AÇIQLANDI - RƏSMİ

9 Apr, 2021
12:12
1426

Qanunvericiliyin tələblərini pozan işəgötürənlərin sayı AÇIQLANDI - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin birinci rübü ərzində Dövlət Əmək Müfəttişliyinə daxil olan 3 766 sayda vətəndaş şikayəti araşdırılaraq cavablandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

O bildirib ki, dövlət orqanlarından eləcə də digər idarə və təşkilatlardan daxil olan 1 640 məktub və 726 sayda əmək müqaviləsi bildirişi alt sisteminin fəaliyyəti ilə bağlı sorğular araşdırılaraq cavablandırılıb:

“Eyni zamanda tərəfimizdən həmin sorğular əsasında işəgötürənlərə müvafiq texniki köməkliklər göstərilib. Bundan başqa Müfəttişlikdə onlayn şəkildə 416 vətəndaş qəbul edilib və şikayətləri dinlənilib. Müraciətlərdən araşdırma tələb edilənlər isə qeydiyyata alınıb və müvafiq araşdırmalar aparılıb.

Ümumiyyətlə daxil olan müraciətlər əsasında aparılan araşdırma zamanı 302 halda işə götürən tərəfin qanunvericiliyi pozduğuna dair faktlar aşkarlanıb və müvafiq qaydada onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar. Bu nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan göstərişlər verilib və icra prosesinə nəzarət həyata keçirilib”.

F.Heydərov onu da əlavə edib ki, bu tip müraciətlərin araşdırılması zamanı 46 minə yaxın ödənişin vətəndaşlara (əməkhaqları, gecikdirilmiş ödənişlər və s.) ödənilməsi təmin edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri