20 
Apr
2021
18:32
327
457
7414
Virtual karabakh

Qubada meyxana məclisinin qarşısı alındı: Rəşad Dağlı cəzalandırıldı

20 Apr, 2021
18:32
7414

Qubada meyxana məclisinin qarşısı alındı: Rəşad Dağlı cəzalandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qubada meyxana demək üçün toplaşmağa cəhd edənlərin qarşısı alınıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan məlumat verilib. 

Bildirilib ki, rayon mərkəzində yerləşən obyektlərdən birində kütləvi toplaşma cəhdinin qarşısı alınıb. Belə ki, karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə obyekt sahibi və 82 nəfər məclis iştirakçılarına qarşı qanunamüvafiq tədbirlər görülüb. 

Məclisdə meyxana ustası kimi tanınan Rəşad Dağlı da iştirak edib. O da müvafiq qaydada məsuliyyətə cəlb olunub. 

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri