İcbari Tibbi Sığorta Sistemində ixtisas dərəcələrinə görə əlavə ödənişlər edilir.
Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İnvestisiya şöbəsinin müdiri Yadigar Mahmudzadə ixtisas dərəcələrinə görə əlavələrin nəzərdə tutulub-tutulmamasına dair sualı cavablandırıb.
O bildirib ki, ali ixtisas dərəcəsinə görə vəzifə maaşından əlavə olaraq, 25 faiz məbləğində əlavə ödənişlər alır:
“Birinci ixtisas dərəcəsi 15, ikinci ixtisas dərəcəsi isə vəzifə maaşından əlavə olaraq 10 faiz məbləğində əlavə ödənişlər alırlar”.
Könül Cəfərli
Rəylər