“Teledərslər” layihəsi davam edəcək. Bu, çox uğurlu layihə idi. Bəzi valideynlər övladını məktəbə göndərməməklə bağlı iltizam sənədi alırsa, uşaqları buna baxmalıdır”.
Oxu.Az-ın məlumatına görə, bunu yeni tədris ilinin təşkil olunması ilə bağlı keçirilən brifinqdə nazir Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, bu günə qədər 10 mindən artıq müəllimlə dərslər çəkilib:
“Ümid edirəm ki, “Virtual məktəb” layihəsinə ehtiyac olmayacaq. Əgər yoluxma sayı artarsa, “Virtual məktəb”dən tələblərin öyrənilməsi təmin ediləcək. Bu tədris ilində də yoluxma dalğalarını görə bilərik və buna hazır olmalıyıq”.
İlhamə Əbülfət
Rəylər