25 
Sen
2021
16:00
58
133
3917
Virtual karabakh

Bakıda qanunsuz parklanma yeri aşkarlandı - FOTO

25 Sen, 2021
16:00
3917

Bakıda qanunsuz parklanma yeri aşkarlandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda qanunsuz parklanma kimi zəbt edilən ərazi aşkarlanıb. 

Oxu.Az xəbər verir ki, söhbət paytaxtın Kövkəb Səfərəliyeva ilə Neftçilər prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, vətəndaş ərazini qanunsuz zəbt edərək, parklanma həyata keçirib.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən məlumatla bağlı əraziyə baxış keçirilib və qanunsuz parklanma ilə bağlı iddialar təsdiqini tapıb:

“Polis əməkdaşları ərazidə qanunsuz parklanma fəaliyyəti ilə məşğul olan Zamin adlı şəxsi qanunauyğun şəkildə cərimələyiblər. Ərazidə qoyulan maneə qurğuları götürülüb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxlanılıb və ərazi üzrə heç bir parklanma üçün icazənin verilmədiyi məlum olub. Zamin adlı şəxsə xəbərdarlıq edilib və bu kimi davranışlara yol verilməməsi tövsiyə edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qanunsuz parklanma fəaliyyəti ilə mübarizəyə başlayıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri