Bakıda yaşıllıq ərazinin bir hissəsi hasara alınıb.
Bu barədə sosial şəbəkələrdə fotolar yayılıb.
Belə ki, Səbail rayonu, Mehdi Hüseyn küçəsində, “Teleteatr” ilə üzbəüz, əsasən söyüd ağaclarından ibarət yaşıllıq ərazinin bir hissəsi hasarlanıb.
Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə yeni park salınır:
“Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsinin sağ tərəfindəki yamacda, “Teleteatr” ilə üzbəüz yaşıllıq ərazidə sakinlərimizin asudə vaxtlarının keçirilməsi məqsədi ilə yeni tipli park salınması nəzərdə tutulub”.
“Ərazidə park salınması üçün yaxın vaxtlarda layihə hazırlanması işlərinə başlanacaq”, - deyə qurumdan qeyd edilib.
İlhamə Əbülfət
Rəylər