Altı yaşlı Ətirnazın sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun atası Hümbət Ağayev məlumat verib.
Vətən müharibəsi iştirakçısı olan gizir H.Ağayev altı yaşlı qızının sağlamlığına qovuşması üçün sizdən kömək istəyir:
“Övladım serebral iflicdir. Həkimlər uzun müddət və davamlı reabilitasiya keçməli olduğunu deyirlər. Hazırda onun müalicəsini davam etdirmək üçün maddi imkanım yoxdur. Xalqımızdan çox xahiş edirəm ki, mənim övladımın müalicəsinə köməklik edəsiniz. Bir ata kimi övladımın yeriməsini, ən azından mənə ata deməsini eşitmək istəyirəm”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən gizir Ağayev Hümbət Məhəmməd oğlu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.