Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Göygöldə Zəfər gününə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO](https://images.oxu.az/2021/11/08/20/16/11/e2a45948-3b45-486d-8230-66a05f766359/FotoJet (89):1200.jpg)
Göygöldə Zəfər gününə həsr olunan tədbir keçirilib - FOTO/VİDEO
Göygöl şəhərində 8 Noyabr – Zəfər günü böyük təntənə ilə qeyd olunub.
Oxu.Az xəbər verir ki, Rayon İcra Hakimiyyəti Aparatı tərəfindən təşkil olunan bayram tədbirində rəsmilər, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, sakinlər iştirak ediblər.
Zəfər Gününə həsr olunan ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə açıq elan edilib. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlar zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxındır davam edən işğala cəmi 44 günə son qoydu, düşməni əzəli torpaqlarımızdan qovdu. Düşmən bir daha Azərbaycan xalqının əzmininin, qəhrəmanlığının şahidi oldu. Tarixi qələbədə şəhidlərimizin, qazilərimiz müstəsna xidmətləri var.
Gənc könüllülərin iştirakı ilə sülh rəmiz olan göyərçinlər havaya buraxılıb. Daha sonra bayram tədbiri konsert proqramı ilə davam edib. Bayram tədbirinin sonunda atəşfəşanlıq olub.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Qüdrət Həsənquliyev: "Bəzi hərbçilərə 20 il qüsursuz xidmət etsələr də, mənzil verilmir"
- Daşaltı əməliyyatından 33 il ötür
- Hikmət Mirzəyevə yeni müavin təyin olunub
- Ədalət necə bərpa olundu? - 20 Yanvar hadisələrinin "Qarabağ" kulminasiyası
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Rəylər