17 
Noy
2021
13:24
571
17
2989
Virtual karabakh

Belarusda ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun büstü açıldı - FOTO/VİDEO

17 Noy, 2021
13:24
2989

Belarusda ilk azərbaycanlı hərbi pilot Fərrux ağa Qayıbovun büstü açıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun Qrodno vilayətinin Oşmyan rayonunun Barunı kəndində ilk azərbaycanlı hərbi pilot “İlya Murovets-16” təyyarəsinin heyət üzvü Fərrux Qayıbovun büstünün açılışı olub.

Büstün açılış mərasimində Oşmyan rayonunun icra hakimi Vladislav Qerşqorin, Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev, ölkəmizin Belarusdakı hərbi attaşesi polkovnik Elşən Rəhimov, Fərrux Qayıbovun qardaşı nəvəsi Həmidə Qayıbova, Belarus Müdafiə Nazirliyinin nümayəndələri, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.

Oşmyan rayonunun icra hakimi Vladislav Qeşqorin Belarusun Birinci və İkinci Dünya müharibələri qəhrəmanlarının xatirəsinin qorunmasına böyük önəm verdiyini bildirib. Dünya müharibələri zamanı azərbaycanlı qəhrəmanların Belarus ərazisində gedən döyüşlərdə böyük şücaət göstərdiklərini vurğulayıb.

Həmyerlimizə qoyulan büst layihəsinin baş memarı Viktor Burıy, heykəltəraş isə Valeri Kolesinskidir.

Sonda “İlya Murovets-16” hərbi təyyarəsinin ekipaj üzvlərinin dəfn olunduğu məzarlıq ziyarət olunub və məzarlar üzərinə gül dəstələri qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri