Futbol üzrə dünya çempionatında (DÇ-2026) L qrupunun oyunları yekunlaşıb.
Oxu.Az xəbər verir ki, son turda İngiltərə millisi Panama ilə, Xorvatiya Qana ilə qarşılaşıblar.
Nyu-Cersi şəhərində keçirilən görüşdə ingiltərəlilər Panama millisinə 2:0 hesabı ilə qalib gəliblər.
Qolları 62-ci dəqiqədə Cud Bellinqem, 67-ci dəqiqədə isə Harri Keyn vurublar.
Filadelfiyada keçirilən oyunda isə Xorvatiya Qana millisini üstələyib - 2:1. Xorvatların heyətində Petar Suçiç (31) və Nikola Vlaşiç (83) afrikalılarda isə Derrik Lyukkassen (73) adlarını tabloya yazdırıblar.
Bu nəticədən sonra İngiltərə 7 xalla qrupu lider olaraq tamamlayıb. Xorvatiya millisi 6 xalla ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb.
Qana dörd xalla üçüncü olub, Panama 0 xalla qrupu sonuncu pillədə tamamlayıb.