Gəncə şəhərində sürücü məsuliyyətsizliyinin görüntüləri yayılıb.
Oxu.Az-ın məlumatına görə, sürücü azyaşlı uşağını sükan arxasında əyləşdirib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb və onunla profilaktik söhbət aparılıb:
“Sürücü Kənan Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunub, məsuliyyətə cəlb olunub”.
K.Muradovun qaydaları kobud surətdə pozmasının görüntülərini təqdim edirik:
View this post on InstagramƏn çox oxunanlarDigər xəbərlər