13 
Yan
2022
16:06
31
382
12273
Virtual karabakh

Klinikadan hospitalda baş verən ölüm hadisəsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

13 Yan, 2022
16:06
12273

Klinikadan hospitalda baş verən ölüm hadisəsi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Modern” hospitalı tibb müəssisəsində baş verən ölüm hadisəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Klinikadan Oxu.Az-a bildirilib ki, Həsən Həsənov xəstəxanaya daxil olan zaman artıq vəfat edibmiş:

“Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi. Sadəcə olaraq yaxınları bundan məlumatlı olmayıb. Tibbi olaraq həmin şəxs müayinə olunub və ölüm faktı təsdiqlənərək yaxınlarına bildirilib”.

İlhamə Əbülfət

14:52

Bakıda klinikaların birində ölüm hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda yerləşən “Modern” hospitalda qeydə alınıb.

Belə ki, şəkər və ürək xəstəliklərindən əziyyət çəkən 73 yaşlı Həsən Həsənov yoxlanış məqsədiylə aparıldığı klinikada ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri