Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunun Mirzəağa Əliyev küçəsində qeydə alınıb.
77-DT-670 dövlət nömrə nişanlı “Toyota Prius”la 99-CF-150 dövlət nömrə nişanlı “Opel Astra” toqquşub.
Qəza nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
