Ötən gün Səbail rayonu ərazisində yerləşən gecə klublarından birində baş verən partlayış zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Baku TV-nin müxbiri Bakıda gecə klubunda partlayış zamanı xəsarət alanların bir hissəsinin yerləşdirildiyi Nərimanov Tibb Mərkəzindən reportaj hazırlayıb.
Tibbi Mərkəzin baş həkimi bildirib ki, bu gün saat 03:00 radələrində yanıq mərkəzinə ağır vəziyyətdə olan 16 yaralı daxil olub:
“Vəziyyətlərinə görə 6 nəfər ağır yaralı olduğu üçün reanimasiya şöbəsinə, digər 10 nəfər isə palatalara yerləşdirilib. Hazırda reanimasiya şöbəsində olan xəstələrin müalicəsi davam edir. Palatalarda olan xəstələrin isə vəziyyəti stabildir”
Bakıda partlayış zamanı xəsarət alanların son durumu açıqlandı - YENİLƏNİB + VİDEO