Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Vətən müharibəsi iştirakçısının dörd aydır maaş ala bilməməsinə “Relax”dan REAKSİYA - YENİLƏNİB
Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzi orada işləmiş aşpaz, Vətən müharibəsi iştirakçısı Anar Səlimovun dörd aydır maaşını almamasına aydınlıq gətirib.
Mərkəzin əməkdaşı Elvin İmanov Oxu.Az-a açıqlamasında bildirib ki, həmin şəxs cəmi bir ay işləyib:
“2021-ci ilin dekabrda işə qəbul olunub. İşlədiyi bir həftə idi ki, belində problem olduğu üçün əməliyyat olundu. Onun bizim mərkəzdə toplam 37 iş günü olub ki, onun yeddi günü icazəli olub. Daha sonra o, işə gəlmədi. Onun əməkhaqqısının yarıdan çoxu ödənilib. Bir hissəsi qalıb ki, buna da səbəb hər dəfə başqa-başqa adamları yollayıb, pulunu istəyir. Biz də onun özünü gözləyirik ki, gəlib sənədlərə imza atsın və qalan 153 manat maaşını alsın”.
15:16
Vətəndaş işlədiyi istirahət mərkəzindən maaşını ala bilmir.
Bu barədə Oxu.Az-a Lerik rayonunda yerləşən “Relax” istirahət mərkəzində aşpaz işləmiş Vətən müharibəsi iştirakçısı Anar Səlimov bildirib.
O bildirib ki, dörd aydır ki, iş yerindən əməkhaqqını ala bilmir:
“Vətən müharibəsindən sonra iki dəfə öz hesabıma əməliyyat olunmuşam. Psixi vəziyyətim daha da pozulur. “Relax” istirahət mərkəzindən maaşımı ala bilmədiyimə görə borclarımı ödəyə bilmirəm. Heç kim müharibə iştirakçısı olduğumu vecinə almır. Özümü öldürmək həddinə çatmışam”.
Məsələ ilə bağlı sorğumuza cavab olaraq istirahət mərkəzindən bildirildi ki, bu barədə açıqlama veriləcək.
İlhamə Əbülfət
"Lerik" teqi üzrə xəbərlər
- Lerikdə məktəbdə şagirdlərə dərs keçilmədiyi iddia edildi: Polisə müraciət olundu
- Dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
- Bu gün 53 mindən artıq şagird buraxılış imtahanı verib - YENİLƏNİB + VİDEO
- Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
- Qaxda qar örtüyünün hündürlüyü 22 santimetrə çatıb - FAKTİKİ HAVA
Rəylər