21 
Yan
2015
13:18
19
199
16406
Virtual karabakh

“Park Cinema” 20 Yanvar şəhidlərinin ruhuna hörmətsizlik etdi

21 Yan, 2015
13:18
16406

“Park Cinema” 20 Yanvar şəhidlərinin ruhuna hörmətsizlik etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq”.

Azərbaycanın böyük kinoteatrlarından biri olan “Park Cinema” 20 Yanvar faciəsinin növbəti ildönümündə şəhidlərin ruhuna hörmətsizlik edib.

Oxu.Az xəbər verir ki, Azərbaycanda ümummilli matəm günü qeyd olunarkən “Park Cinema” tamaşaçılara komediya filmi təqdim edib.

Belə ki, kinoteatrda bu gün saat 10.20-dən 23.20-yə qədər komediya filminin nümayişi baş tutub.

“Park Cinema”nın bu məsuliyyətsizliyi millət vəkili Fuad Muradovu da hiddətləndirib. O sosial şəbəkədə bu haqda yazıb:

Fuad Muradov

“Bu gün, xalqımızım ümummilli hüzn günündə “Park Cinema”da kinokomediya nümayiş etdirilib. Hər birimiz xalqımızın sevincini də, kədərini də yaşamağı bacarmalıyıq. Sözdə deyil, işdə bunu göstərməliyik. Onu da unutmamalıyıq ki, atdığımız hər bir addımı gənclər izləyir, gənclər görür.

Yəni gənclərin tərbiyə olunmasında, formalaşmasında hər kəsin rolu var. Gənclərə örnək olmaq üçün nümunəvi addımlar atmalıyıq. Mən bu hüzn günü xalqımızın dərdinə şərik çıxmayanları qınayıram. Belələri öz səhvlərini anlamalıdırlar. Bu, düzələn səhvlərdir. Səhv edənlər özlərini düzəltməlidirlər”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri