29 
İyn
2022
16:26
13
220
6409
Virtual karabakh

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB + VİDEO

29 İyn, 2022
16:26
6409

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən yanğınla bağlı məlumat yayıb. 

Qurumdan Oxu.Az-a bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi 42A ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. 

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində ilkin məlumata əsasən, geyim mağazasının reklam lövhəsi yanıb. Obyektlər yanğından mühafizə olunub.

15:30

Bakıda yaşayış binasında yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Cəfər Xəndan 42a ünvanında qeydə alınıb.

Yanğının binanın birinci mərtəbəsində yerləşən mağazalardan birində baş verdiyi qeyd olunub.

Əraziyə FHN əməkdaşları cəlb olunub.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri