“Azərbaycanda hüquqşünas məzunlarının sayı olduqca azdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkil olmaq istəyirəm” adlı tədbirdə çıxışı zamanı bildirib.
O qeyd edib ki, Naxçıvan istisna olmaqla, ölkə üzrə ümumilikdə 700 nəfər hüquqşünas məzun var:
“Bu gün ölkədə hüquqşünasların sayının az olması vəkillərin sayının az olması deməkdir. Cəmiyyətdə bu barədə yanlış fikirlər var ki, hüquq fakültəsini bitirənlərin sayı çoxdur. Amma Gürcüstan, Türkiyə və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda 8-10 dəfə az hüquqşünas məzun var. Bununla mübarizə aparılır. Vəkillər Kollegiyası bu istiqamətdə gənclərə dəstək verir”.
“Azərbaycanda hüquqşünas məzunlarının sayı olduqca azdır”.Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkil olmaq ist...
Daha çox şəkil burada: Photostock.az
İlhamə Əbülfət
Rəylər