Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sakinlər yeniyetməyə qarşı cinsi zorakılıq edən şəxslərin kəndi tərk etməsini istəyirlər - YENİLƏNİB + VİDEO
Bərdə rayon sakinləri yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlərin Kətəlparaq kəndini tərk etmələrini tələb edirlər.
Oxu.Az-ın məlumatına görə, kənd sakinləri adıçəkilən gənclərdən birinin atasının işlətdiyi mağazaya hücum çəkib, qapı, pəncərəni sındırıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, polis şöbəsinin əməkdaşları ailəyə baş çəkiblər.
Bərdə Rayon Polis Şöbəsində kənddəki insidentlə bağlı araşdırma aparılır.
13:38
“Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılmışdır”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilmiş, müvafiq söhbət aparılmış və 14 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilmişdir. Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.
10:07
Bərdə rayonunda dörd nəfər yeniyetmə qızla cinsi əlaqədə olub.
Oxu.Az-ın məlumatına görə, 14 yaşlı qızla cinsi əlaqədə olan şəxslər hadisənin videosunu çəkərək kənd sakinləri arasında yayıblar.
Bununla bağlı qızın valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qeyd olunan hadisəni törədərək videoya çəkən dörd nəfər müəyyən edilib:
“Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır”.
İlhamə Əbülfət
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır
Rəylər