Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib - FOTO/VİDEO
İki il öncə Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verdi.
Oxu.Az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və nazirliyin əməkdaşları İkinci Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər.
Z.Həsənov məzarlar önünə gül dəstələri qoyaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib.
Müdafiə naziri Vətən müharibəsinin ildönümü ilə əlaqədar şəhid ailələrinə başsağlığı verib.
“Bu gün Azərbaycanda Anım Günüdür. Allah şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbr versin!”, - Z.Həsənov qeyd edib.
Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli Ordumuz 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizlədi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.
Bildirək ki, Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb.
Photostock.az İkinci Şəhidlər xiyabanından kadrları qeydə alıb.
Daha çox şəkil burada: Photostock.az
Könül Cəfərli
Rəylər