Okt
2022
11:38
14
305
4099
Virtual karabakh

Bakıda ibtidai sinif müəllimi vəfat edib

5 Okt, 2022
11:38
4099

Bakıda ibtidai sinif müəllimi vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının 286 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Alkişiyeva Əsmayə İmani qızı dünyasını dəyişib.

Oxu.Az-a 286 nömrəli tam orta məktəbdən bildirilib ki, Ə.Alkişiyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib:

“O, uzun müddət xəstəlikdən əziyyət çəkirdi. Yanvar ayından xəstəliklə bağlı kağız məktəbə təqdim etmişdi. Xəstəliyinin nə olduğunu bilmirdik, sadəcə, xəstə olduğu qeyd olunmuşdu”.

Məktəb nümayəndəsi onun dünən dünyasını dəyişdiyini qeyd edib:

“Ailəsinin məlumatına görə, dünən dünyasını dəyişib. Yanvar ayından müalicə alırdı. Sonuncu dəfə yanvar ayında məktəbdə olub. Əlaqə saxlayırdıq, müalicə olunduğunu deyirdi. Gümrah, optimist insan idi. Sağalacağına inanırdı. Bütün ailə üzvləri əllərindən gələni edirdilər. Biz də ailəsindən məlumat alırdıq. Övladları bizim məktəbdə oxuyublar. Üç övladı var. Yaşları kiçik deyil. Çox heyif, 61 yaşında dünyadan köçdü”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri