Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

ATU-da yeni kafedra yaradılıb - Rektor AÇIQLADI + FOTO
“Gələn ildən Azərbaycan Tibb Universitetinin (ATU) tələbələrinə təcili tibbi yardım fənni ayrıca keçiriləcək”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib.
O bildirib ki, təcili yardım sisteminin təkmilləşdirilməsi məqsədilə bir çox addımlar atılıb:
“Bu addımlarda universitet rəhbərliyi də fəal iştirak edib. Qeyd edim ki, bu ATU-nun böyük Elmi Şurasının qərarı ilə həyata keçirilir. Bu məqsədlə Azərbaycan Tibb Universitetində Təcili yardım kafedrası yaradılıb və gələn ildən tələbələrə bu istiqamətdə təcili tibbi yardım fənni ayrıca keçiriləcək”.
Qeyd edək ki, bu kafedranın təşkili məsələsi və kafedra müdiri vəzifəsi Səhiyyə Nazirinin birinci müavini Nadir Zeynalova tapşırılıb.
Daha çox şəkil burada: PhotoStock.az
Könül Cəfərli
"Azərbaycan Tibb Universiteti (ATU)" teqi üzrə xəbərlər
- Sosial şəbəkədə tələbə qızların adından saxta səhifələr açanlar kimlərdir?
- Azəbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
- Yeni əsrin falçıları - "Psixoloqlar", yoxsa şarlatanlar?
- "Təcrübəsiz" universitetlər, iynə vura bilməyən həkimlər: "Kaş bu ixtisası oxumazdım"
- Azərbaycanda tanınmış həkim vəfat etdi