Yan
2023
11:52
62
238
6442
Virtual karabakh

Mançesterdə itkin düşən azərbaycanlı tələbə tapılıb - YENİLƏNİB + FOTO

3 Yan, 2023
11:52
6442

Mançesterdə itkin düşən azərbaycanlı tələbə tapılıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mançesterdə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fəridə Əliyeva tapılıb.

Bu barədə Oxu.Az-a onun bacısı Səbinə Əliyeva məlumat verib. 

“Bacım yaşadığı evi dəyişdiyi və telefonu bir neçə gün sönülü olduğu üçün əlaqə qura bilmədik və narahat olduq. Düşündük ki, bəlkə azərbaycanlı tələbələrdən kimləsə əlaqəsi olar, ona görə də post paylaşdıq. Ancaq dünən artıq biz onun sağ salamat olduğunu və yerini bildik”, - deyə o qeyd edib.

09:40

Mançesterdə təhsil alan həmvətənimiz Fəridə Əliyeva Elman qızı itkin düşüb.

Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” qruplarından birində ailənin istəyi üzrə məlumat paylaşılıb. 

Qeyd edilib ki, hadisə ilə bağlı 27 dekabrda polisə məlumat verilib:

“Mançester polisi vəziyyəti medium risk kimi dəyərləndirir. Ailəsi şəklini paylaşmağı xahiş etdi ki, bəlkə, tanıyan, dekabr ayında onu görən olar”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri