Yan
2023
17:28
20
436
4751
Virtual karabakh

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlanıb

3 Yan, 2023
17:28
4751

Gülbahar Şükürlüdə yenidən xərçəng aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xərçəngdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlünün xəstəliyi yenidən baş qaldırıb.

Bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısı deyib. O bildirib ki, yenidən kimyaterapiya alır:

“Bu xəstəlik canımda var, getmir. Yenidən kimyaterapiyalara başlamışam. Yaxşıyam”.

G.Şükürlü aparıcı Zaur Kamalın efirdə onun üçün sənət adamlarından maddi dəstək istəməsinə də münasibət bildirib:

“Bu, mənim istəyimlə olmayıb. Zaur dəfələrlə efirə qonaq çağırdı, getmədim. Küsdü, mən də açıb dedim ki, kimyaterapiya alıram. Müalicə bahalıdır. Zaurun da canı yanıb, belə bir addım atıb. Efirdə deyib ki, sənət adamları dəstək olsunlar”.

Qeyd edək ki, bir neçə il əvvəl G.Şükürlünün beynində şiş aşkarlanmış və əməliyyat olunmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri