Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Bakının 14 yolunda sürət həddi endiriləcək: Birində artıq tətbiq olunur](https://images.oxu.az/2023/03/25/14/09/26/9e3e23ba-cca8-4ada-9e81-7b84f8c8c25f/FotoJet - 2023-01-08T151249.716:1200.jpg)
Bakının 14 yolunda sürət həddi endiriləcək: Birində artıq tətbiq olunur
Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.
“Qafqazinfo” xəbər verir ki, sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.
Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.
Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar