30 
Mar
2023
13:28
527
25
12656
Virtual karabakh

İşsizlikdən şikayətlənən “Moşu”ya vəzifə verildi

30 Mar, 2023
13:28
12656

İşsizlikdən şikayətlənən “Moşu”ya vəzifə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb.

Bu barədə Lent.az-a danışan aktyor bildirib ki, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.

“Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurub gəlin Mingəçevirə, maraqlı tamaşalardan zövq alın”, - o bildirib.

Qeyd edək ki, bir müddət öncə aktyor işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbiləşdiyini bildirmişdi.

Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obrazlar yaratsa da, xalqın yadında “Bəxt üzüyü” filmindəki “Moşu” obrazı ilə daha çox qalıb, daha çox sevilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri