Kür çayının Yevlax şəhər ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
“Report”un məlumatına görə, Kür çayında batan şəxs 2012-ci il təvəllüdlü Yusif Samir oğlu Nuruyev olub.
Onun Kür çayında çimən zaman boğulduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, ötən gün Fövqəladə Hallar Nazirliyi Kür çayında bir nəfərin batması barədə məlumat yaymışdı.
Kürdə batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB + VİDEO
09:01
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.