Avq
2023
15:32
35
8
1207
Virtual karabakh

Jurnalistlər üçün təşkil edilən iki aylıq “Rəqəmsal savadlılıq” təlimi sona çatıb - FOTO

3 Avq, 2023
15:32
1207

Jurnalistlər üçün təşkil edilən iki aylıq “Rəqəmsal savadlılıq” təlimi sona çatıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının birgə təşkilatçılığı ilə jurnalistlər üçün təşkil edilən ikiaylıq “botcamp”ın bağlanış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, təlim çərçivəsində son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı, eləcə də elm və təhsil müəssisələrində müasir texnologiyaların öyrənilməsi və tətbiqi üçün görülən kifayət qədər işlər barədə məlumat verilib.

Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir.

Ölkəmizdə bu sahə üzrə innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Görülən tədbirlər çərçivəsində İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə ayrılan diqqətdən xəbər verir.

Görülən tədbirlərin davamı olaraq media nümayəndələri üçün təşkil edilən 2 aylıq “botcamp” layihəsinin də əsas məqsədi bu sahə ilə məşğul olan jurnalistlərin bilik və bacarıqlarının daha da artırılmasına nail olmaq idi.

 Belə ki, 2 ay ərzində jurnalistlərə dövlət və özəl qurumların o cümlədən xarici mütəxəssislər tərəfindən əyani dərslər keçirilib, maarifləndirici məqalələr hazırlanıb. 

İKT sahəsində təşkil olunan bu layihənin regionlarda da keçirilməsi nəzərdə tutulur.

Təlimin sonunda layihəni uğurla başa vuran 21 məzun iştirakçıya sertifikat və hədiyyələr təqdim olunub. Onların arasında “Global Media Group” holdinqin tərkibinə daxil olan “Report” İnformasiya Agentliyinin 2 əməkdaşı - Tuncay Türbəndəzadə və Kənan Sadıqov da var. 

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri