Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.
Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb.
110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.
Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.Belə ki, hazırda uzunl...
13:52
Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.
Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.
İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Daha çox foto burada: PhotoStock.az
Rəylər