20 
Sen
2023
21:32
121
9
1010
Virtual karabakh

FHN-in İdman-sağlamlıq klubunun karateçiləri dünya çempionatında yüksək nəticələr əldə ediblər - FOTO

20 Sen, 2023
21:32
1010

FHN-in İdman-sağlamlıq klubunun karateçiləri dünya çempionatında yüksək nəticələr əldə ediblər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7-10 sentyabr 2023-cü il tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında 13-cü Dünya çempionatı keçirilib.

Oxu.Az xəbər verir ki, çempionatda Türkiyə, Özbəkistan, Qazaxıstan, Almaniya, İtaliya, İspaniya olmaqla 34 müxtəlif ölkədən 3500-dən çox karateçi öz qüvvəsini sınayıb.

Yarışda Azərbaycanın karate üzrə milli yığma və Fövqəladə Hallar Nazirliyinin karate üzrə komandasının 4 üzvü Nicat Kərimli -75 kq, Yavərbəy Abdullayev +84 kq, Səbinə Fərzəli -59 kq çəki və İlqar Ələkbərov -84 kq çəki dərəcələrində əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar. Belə ki, Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəli karate üzrə kumite yarışlarında 4 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, qızıl medala layiq görülüblər. Komandanın digər üzvü, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı mayor İlqar Ələkbərov kişilər arasında komanda kumite yarışlarında qızıl və şəxsi kata yarışlarda isə turnirin bürünc medalının sahibi olub. Qaliblərə Dünya Şotokan Karate Federasiyasının medal və sertifikatları təqdim olunub.

Karateçilərimiz Nicat Kərimli, Yavərbəy Abdullayev və Səbinə Fərzəlinin şəxsi məşqçiləri 6-cı dan qara kəmər sahibi Akif Kərimov, komanda üzrə məşqçi isə karate üzrə ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

19 sentyabr 2023-cü il tarixində FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar ilə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Nicat Kərimli sentyabr ayında Dünya Karate Federasiyasının təşkilatçılığı ilə Kipr Respublikasının Larnaka şəhərində keçiriləcək “Karate1 Series A” turnirində çıxış edəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri