23 
Sen
2023
13:05
840
15
6979
Virtual karabakh

Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Hərbi Qənimətlər Parkında yerləşdirildi - YENİLƏNİB + FOTO/VİDEO

23 Sen, 2023
13:05
6979

Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Hərbi Qənimətlər Parkında yerləşdirildi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları “T-72” tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilərək yerləşdirilib.

Bununla bağlı görüntüləri təqdim edirik:

12:37

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları “T-72” tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Oxu.Az xəbər verir ki, sözügedən tank abidəsi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sökülüb.

Xatırladaq ki, həmin tank işğal zamanı Şuşaya girməyə cəhd edən ilk erməni tankı olub və ekipaj üzvləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilib. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış tank erməni separatçılar tərəfindən bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Daha çox şəkil burada: PhotoStock.az

Faiq Tahirov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri