Okt
2023
15:04
129
14
1764
Virtual karabakh

DİN: “Xocalıda narkotik plantasiyasının olması orada bu işin geniş formada təşkil edildiyini göstərir” - FOTO

2 Okt, 2023
15:04
1764

DİN: “Xocalıda narkotik plantasiyasının olması orada bu işin geniş formada təşkil edildiyini göstərir” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada ki narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündür, orada bu işlər geniş səviyyədə təşkil olunub”.

“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb:

“Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilərdə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi geniş təşkil olunub. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Ermənistan hakimiyyəti isə bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi”.

Daha çox şəkil burada: PhotoStock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri