21 
Okt
2023
17:22
139
191
5083
Virtual karabakh

Maşını həyətin girişində park edən sürücü cərimələndi - YENİLƏNİB + FOTO/VİDEO

21 Okt, 2023
17:22
5083

Maşını həyətin girişində park edən sürücü cərimələndi - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda maşını yaşayış binasının girişində saxlayıb, sakinlərin gediş-gəlişinə mane olan sürücü cərimələnib. 

Bununla əlaqədar Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib. 

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli vurğulayıb ki, sürücü ilə bağlı qanuna uyğun olaraq tədbir görülüb və o, 20 manat məbləğində cərimə edilib. 

Həmçinin, sürücünün addımı ilə əlaqədar onunla profilaktiki söhbət aparılıb. 

16:05

Bakıda maşını yaşayış binasının girişində saxlayan sürücü sakinlərin yolunu tamamilə bağlayıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı bina sakinləri sosial şəbəkələrdə görüntülər paylaşıblar.

Sakinlərin çəkdiyi videodan görünür ki, 99-OE-963 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobil həyətin girişini tamamilə bağlayacaq formada park edilib.

Sürücünün bu addımı bina sakinləri üçün ciddi maneəyə səbəb olub.

Görüntüləri təqdim edirik:

Aysel Aslan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri