Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi bu gün saat 07:53-də qeydə alınıb.
Məlumat Oxu.Az-ın sorğusuna cavab olaq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilib.
Qeyd olunub ki, 2000-ci il təvəllüdlü Anar Hikmət oğlu Əlizadənin idarə etdiyi BYD markalı, 50-EC-353 dövlət nömrə nişanlı avtomobillə 1990-cı il təvəllüdlü Nərmin Xanbala qızı Qasımzadənin idarə etdiyi "Volkswagen Polo" markalı, 77-NM-511 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
Binəqədi rayonu ərazisində, Novxanı-Pirşağı yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
Binəqədi rayonu ərazisində, Novxanı-Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) videogörüntü daxil olub.
Qeyd olunub ki, qəza bu gün səhər saatlarında qeydə alınıb.
Hərəkətdə olan BYD və "Volkswagen" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisə ilə bağlı müvafiq qurumlara sorğu ünvanlanıb.

