Bu gün Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması: İmkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransın ilk günü yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev və digər dövlət rəsmiləri iştirak ediblər.
Eyni zamanda, tədbirdə BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender Bərabərliyi Şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və ailə komitəsinin sədri, Almaniya Şlezviq-Holşteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarus, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak ediblər.
Tədbirdə “Məişət zorakılığı hallarının profilaktikası və araşdırılması” ilə bağlı panel sessiyası da keçirilib.
Konfrans sabah davam etdiriləcək.
10:28
Bu gün Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev və digər dövlət rəsmiləri iştirak edirlər. Eyni zamanda, tədbirdə BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və ailə komitəsinin sədri, Almaniya Şlezviq-Holşteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarus, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edirlər.
Tədbirdə “Məişət zorakılığı hallarının profilaktikası və araşdırması” ilə bağlı panel sessiyası da keçiriləcək.
Daha çox şəkil burada: PhotoStock.az
İlhamə Əbülfət
Rəylər