Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
MSK sədri: “Azərbaycan seçicisi ilk dəfə Xankəndidə səs verərək tarixə düşəcək”
“Xankəndidə ilk dəfə səs verən, 18 yaşı tamam olan Azərbaycan seçicisi tarixə düşəcək”.
Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda məlumat verib.
O kütləvi informasiya vasitələrinə bu tarixi anı işıqlandırmaqla bağlı çağırış edib:
“Xankəndidə məhz həmin binada (Xankəndidə Prezidentin gəzdiyi binanı nəzərdə tutur - red. Keçmiş vilayət Partiya Komitəsinin inzibati binası) Azərbaycan seçicisi səs verəcək. İlk orada səs verən, orada 18 yaşı tamam olan və ilk dəfə səs verən vətəndaşı da tarixə salacağıq. Ona görə KİV oradakı seçkiləri daha yaxşı işıqlandırılmalıdır”.
M.Pənahov qeyd edib ki, hansı media qurumu azad edilən ərazilərdən, Xankəndidən, Xocalıdan ilk məlumatı versə, həmin media qurumuna xüsusi mükafat veriləcək.
Aysel Aslan
"Mərkəzi Seçki Komissiyası (MSK)" teqi üzrə xəbərlər
- Yanvarın 29-da ölkə üzrə neçə seçki məntəqəsi fəaliyyət göstərəcək?
- Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişiklik edildi
- Məzahir Pənahov qeydə alınan namizədlərin ən son sayını AÇIQLADI
- Bələdiyyə seçkisi ilə əlaqədar seçki bülletenlərinin çapına başlanıldı
- Bələdiyyə üzvlüyünə namizədlər müəyyənləşib
Rəylər