Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Nine Senses” yaradıcılıq mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub - FOTO
“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzində “ART-ELKA” sərgisinin açılışı olub.
Oxu.Az xəbər verir ki, sərgidə Milad ağacının ənənəvi görünüşünün Azərbaycanın gənc rəssam və heykəltaraşları tərəfindən hazırlanmış iyirmi yaradıcı interpretasiyası nümayiş olunub.
Yeni il kompozisiyaları mərmər, kağız, məftil, gil, metal, ağac, poliester və s. kimi müxtəlif materiallardan hazırlanıb.
“Nine Senses” yaradıcılıq və özünüinkişaf mərkəzinin akademik direktoru Natalya Jukova jurnalistlərə deyib ki, Azərbaycan rəssamları öz yaradıcı yanaşmaları sayəsində ənənəvi şam ağacını heyrətamiz sənət nümunələrinə çeviriblər.
Qeyd edək ki, “ART-ELKA” sərgisində Mədinə Axundbəyli, Namik Hüseynov, Samir Səmədov, Zamiq Rzayev, Fidan Həmidzadə, Fərid Rzayev, Vera Aksamentova, Dilarə Tağıyeva, Akif Hacızadə, Əliyar Allahverdiyev, Günay Bağışova, Gülşən Əsədova, Elmir Yaqubov, Olesya Katmandunun və digər rəssamların əsərləri təqdim olunub.
Tədbir İncəsənət Mərkəzinin müəllimi İlhamə Babayevanın vokal müşayiətində sərbəst rəqs praktikası ilə başa çatıb.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid
Rəylər