Azərbaycan Rəssamlar İttifaqının üzvü Eduard Şamaryayev gənc yaşlarından rəssamlıq və taxta üzərində oymaçılıq kimi sənətlərə uğurla yiyələnsə də, onun əsas arzusu zərgərlik olub.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, o, 1979-cu il oktyabrın 16-da Bakı şəhərində anadan olub.
1996-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinin zərgərlik məmulatlarının və bəzək əşyalarının hazırlanması fakültəsinə daxil olub. 1999-cu ildə təhsilini fərqlənmə diplomu ilə başa vuraraq, həmin kollecdə istehsalat təlimi ustası kimi pedaqoji fəaliyyətə başlayıb.
Bu günə qədər 3000-ə yaxın tələbə yetişdirib. 28 ildir bu sənətlə məşğul olan Eduard Şamaryayevin əl işlərində Azərbaycan mədəniyyətinin əsrlər boyu qorunub saxlanıldığı milli ornamentləri, eləcə də müasir dünya mədəniyyətinin ən incə zərgərlik nümunələri diqqəti cəlb edir.
Azərbaycan Zərgərlər Assosiasiyasının üzvü olan sənətkarın əl işləri bir çox ölkədə sərgilərdə nümayiş olunur.
Zərgər Eduard Şamaryayev ilə fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az