Göygöl rayonunun Yeni Qızılca kəndinin sakinlərinin böyük bir hissəsi illərdir ki, su problemindən əziyyət çəkirlər.
Sakinlər deyirlər ki, kənd camaatının bir hissəsi su ilə təmin olunub. Digər qisminin bununla bağlı müraciətlərinə isə illərdir ki, müsbət cavab verilmir.
Göygöldə kənd sakinləri illərdir içməli su problemindən əziyyət çəkirlər - VİDEO
Mövcud vəziyyətdən şikayətçi olan vətəndaşlar məsələni Baku TV-yə belə şərh ediblər:
"Çox çətinlik çəkirik. Suyumuz yaxşı deyil, kirlidir. Borular tutulur. Ağaclarımız quruyub".
"Su idarəsi tərəfindən texnikalar verilsə, sakinlər də köməklik edər, pul yığılar".
Qaynar xətt:
(055) 224 12 12