Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu.az-ın məlumatına görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində C.Həmzəyevə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 17 yaşlı İ.Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Göygöldə bıçaqlanma olub.
Oxu.Az-ın məlumatına görə, 1989-cu il təvəllüdlü C.Həmzəyev rayon ərazisində bıçaqlanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Hadisənin təfərrüatı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli