Braziliya millisinin sabiq hücumçusu Ronaldo Luis Nazario de Lima 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən mundial zamanı yalnız ön hissədə saç saxlayıb qalan hissəni qırxdırdığı saç düzümü barədə danışıb.
Oxu.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, o, həmin saç düzümünə görə valideynlərdən üzr istəyib.

"İlk növbədə fürsətdən istifadə edib 2002-ci ildəki saç düzümümə görə bütün valideynlərdən üzr istəmək istərdim. Həmin vaxt dizimdən zədə almışdım və yalnız fiziki və psixoloji hazırlığı birləşdirən yeni hazırlıq prosesi məni olmaq istədiyim yerə çatdıra bilərdi", - deyə Ronaldo bildirib.