"İsti havada şəkərli qazlı içkilər içmək mədə-bağırsaq traktı xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis İrina Volgina NEWS.ru-ya verdiyi müsahibədə bildirib.
Ekspertin sözlərinə görə, belə içkilər susuzluğu yatırmaq üçün yararsızdır:
"İsti havada hamımız tez-tez sərinləmək istəyirik. Şirin qazlı içkilər bir çoxlarının sevimli içkisi olsa da, əslində olduqca zərərlidir. İlk növbədə, bu içkilərlə susuzluğu yatırmaq mümkün deyil. Əksinə, tərkibindəki qlükoza daha çox susuzluq yaradır və insanda daim su içmək ehtiyacı formalaşdırır.
İkincisi, isti havada hətta sağlam insanlarda belə mədə-bağırsaq traktının işində pozulmalar müşahidə oluna bilər. Bu dövrdə asan həzm olunan, ədviyyatsız və yüngül yeməklərə üstünlük vermək faydalıdır. Lakin qazlı içkilərin hamısı mədə-bağırsaq sisteminə qıcıqlandırıcı təsir göstərir. Bu isə həzm prosesində daha ciddi pozuntulara, yeni xəstəliklərin yaranmasına və xroniki xəstəliklərin kəskinləşməsinə gətirib çıxarır".