Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaq”.
Bakıda 11-ci sinif şagirdinin biabırçı hərəkətinə DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO
23:34
IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Bu barədə Oxu.Az-a 156 nömrəli tam orta məktəbdən bildirilib.
“Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”.
Könül Cəfərli
Rəylər