Mar
2024
12:26
54
24
1492
Virtual karabakh

Uşaq bağçalarının tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçiriləcək? - FOTO

6 Mar, 2024
12:26
1492

Uşaq bağçalarının tərbiyəçiləri üçün sertifikasiya imtahanı keçiriləcək? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ildə tərbiyəçilər üçün sertifikasiya imtahanı keçirilməyəcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib. 

Onun sözlərinə görə, tərbiyəçilər üçün diaqnostik qiymətləndirmə imtahanları olacaq:

“Bütün regionlar üzrə olacaq. İmtahanın yay aylarında keçirilməsi planlaşdırılır. İmtahan elektron qaydada test formada olacaq ki, 60 sual təqdim ediləcək”. 

O qeyd edib ki, Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin diaqnostik qiymətləndirilməsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məqsədlərdən biri də XXI əsrin tələblərinə uyğun təhsildir: 

“Bu məqsədə nail olmaq üçün mexanizmlərdən biri erkən yaş dövründə təhsilin keyfiyyətini artırmaq və bunun üçün məktəbəqədər təhsil üzrə kadr potensialını yaxşılaşdırmaqdır. 2026-cı ilin sonunadək məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji və idarəetmə heyətin peşəkar inkişafı ilə yanaşı, qabaqcıl təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətin sertifikatlaşdırılması sistemini yaratmaq və tətbiq etmək nəzərdə tutulur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəbəqədər təhsil sahəsində çalışan pedaqoji və idarəetmə heyətin sertifikatlaşdırılması qaydaları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Sertifikasiya prosesini daha effektiv həyata keçirtmək üçün əvvəlcə məktəbəqədər təhsil müəssisəsində çalışan 17 000 heyətin 2026-cı ilə qədər ilkin qiymətləndirilməsi planlaşdırılır”.

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri