Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakının üfunətdən boğulan ərazisi ilə bağlı plan: “Kanalizasiya infrastrukturu qurulacaq” - FOTO/VİDEO
Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində yaranan acınacaqlı vəziyyət hər kəsin narahatlığına səbəb olub. Çünki ərazidə iri boru ilə Xəzərə axıdılan çirkab suları və əraziyə atılan zibillər xoşagəlməz görüntü yaratmaqla yanaşı, həm dənizin çirklənməsinə, həm də ətrafa üfunət iyinin yayılmasına səbəb olub.
Yaranan vəziyyətlə bağlı Oxu.Az aidiyyəti qurumlara sorğu ünvanlayıb.
“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, təmsil etdiyi qurum bu ərazidə xidmət göstərmir:
“Bu, açıq kanaldır. O, sovet dövründə çəkilib və əsasən, neftin lay sularını kənarlaşdırmaq üçün nəzərdə tutulub. Sonradan ərazidə məskunlaşan insanlar kanalizasiya sularını da həmin bu kanala qoşublar. Bu səbəbdən həm yağış suları, həm qrunt suları, həm də kanalizasiya suları hamısı bir yerdə axır gedir Xəzər dənizinə. Bu gün ora bizim xidməti ərazi deyil”.
A.Cəbrayıllı gələcəkdə ərazidə kanalizasiya infrastrukturunun yaradılacağını da diqqətə çatdırıb:
“Gələcəkdə Abşeron yarımadasının Baş Planı olacaq, həmin plana əsasən, bu açıq kanala tökülən tullantıların da qarşısı alınıb kanalizasiya kollektorlarına yönləndiriləcək. Bunun üçün də hökmən o ərazilərdə kanalizasiya infrastrukturu yaradılacaq”.
Suraxanı Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, məsələ araşdırılaraq, müsbət həllini tapıb:
“Ərazi tam olaraq təmizlənib”.
Ərazidən görüntüləri təqdim edirik:
@oxuaz Çirkab sularında boğulan Hövsan kanalı təmizləndi
♬ оригинальный звук - Oxu.az News
PhotoStock.az-ın əməkdaşları tullantılardan təmizləndikdən sonra Hövsan kanalı ərazisindən fotoreportaj hazırlayıblar.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova
Rəylər