Apr
2024
13:44
171
15
6449
Virtual karabakh

Söküntü dayandırıldı: “Sovetski”də qədim quyu və tunellər aşkarlanıb? - YENİLƏNİB + VİDEO

8 Apr, 2024
13:44
6449

Söküntü dayandırıldı: “Sovetski”də qədim quyu və tunellər aşkarlanıb? - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviç küçələrinin kəsişməsində yerləşən və söküntü işləri aparılan əraziyə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

“Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqlar. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaqdır”, - sorğuya cavabda deyilir.

Qeyd edək ki, keçmiş “Sovetski” ərazisində yerləşən 199 saylı orta məktəb və ona bitişik Bakı Avropa Liseyinin köhnə binalarının söküntüsü zamanı qədim quyu və tunellərin aşkara çıxması barədə sosial mediada görüntülər yayılmışdı.

13:02

Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsü dayandırılıb.

“Report”un sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin verdiyi cavaba əsasən, əraziyə qurumun əməkdaşları tərəfindən baxış keçirilib:

“Aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaqlar. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri