17 
Avq
2016
00:15
658
520
63273
Virtual karabakh

Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı – FOTO + YENİLƏNİB

17 Avq, 2016
00:15
63273

Rio-2016: Rəsul Çunayev bürünc medal qazandı – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi növündə Azərbaycanın “Rio-2016”da son təmsilçisi Rəsul Çunayev (66 kq) XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

Oxu.Az xəbər verir ki, bürünc mükafat uğrunda döyüşdə cənubi koreyalı Hansu Ryu 8:0 hesabı ilə qalib gəlib.

Bu, güləş millimizin ikinci bürünc medalıdır.

Bundan əvvəl ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti də 3-cü yeri tutaraq güləş yığmamıza ilk medalı qazandırmışdır.

19:14

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev yarımfinal görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, 25 yaşlı idmançımız 66 kq çəki dərəcəsində 1/2 final görüşündə erməni idmançı Miqran Arutunyana 4:1 hesabı ilə uduzub.

R.Çunayev bürünc medal uğrunda mübarizə aparacaq.

18:30

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev daha bir qələbə qazanaraq 1/2 mərhələyə adlayıb. O  Əlcəzairli rəqibi Əziz Tarix Benaisə 10-2 hesabı ilə qalib gəlib. Onun yarımfinalda rəqibi ermənistanlı Miqran Arutunyan olacaq.

17:52

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev daha bir qələbə qazanaraq 1/4 mərhələyə adlayıb. Onun rəqibi Əlcəzairli Əziz Tarix Benaisdir.

17:18

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb. 

Oxu.Az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.

İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Rəsul Çunayevin növbəti rəqibi rusiyalı Olimpiya çempionu İslambek Albiyev olacaq.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri